“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
yan
2025
07:00

“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər

24 yan, 2025
07:00
682

“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər

“Boko Haram” silahlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində azı 20 nəfəri öldürüblər.

APA xarici mediaya istinadla xəbər verir ki, silahlılar tərəfindən Gədan Qarı kəndinə qəfil hücum nəticəsində ölənlər arasında bir uşaq da var.

Borno əyalətinin hərbçiləri və rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər.

Qeyd edək ki, 2009-cu ildən “Boko Haram” qruplaşması əvvəlcə Nigeriya, daha sonra Niger, Çad və Kamerun ərazisində fəaliyyətə başlayıb. Yaraqlılar islam dövlət yaratmaq məqsədilə hərbi postlara və polis məntəqələrinə, mülki şəxslərə hücum edirlər.

Bizimlə əlaqə saxlayın