Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB


Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu-Yorkda Bruklin körpüsü ilə toqquşması nəticəsində 19 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat verib.

Yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə gəmidə 277 nəfər olub.

Körpünün konstruksiyasına ziyan dəyməyib və nəqliyyatın hərəkəti bərpa edilib.

07:43

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus, içərisində təxminən 200 nəfərin olduğu yelkənli gəmi Nyu-Yorkda (ABŞ - red.) Bruklin körpüsü ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Təcili yardım xidmətləri dənizə düşən olub-olmadığını yoxlayır. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.

Oxşar xəbərlər

Meksika Hərbi Dəniz Qüvvələrinin qayığı Bruklin körpüsünə çırpılıb
Nyu-Yorkda atışma zamanı bir neçə nəfər xəsarət alıb
Barselonada iki avtobusun toqquşması nəticəsində 30-dan çox insan xəsarət alıb
Fransadakı tramvay qəzasında yaralıların sayı artıb - YENİLƏNİB
İsraildə terror hücumu baş verib, 5 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər