Livana endirilən zərbələrdə həlak olanların sayı 2 mini ötüb
sizinxeber.az xəbər saytı

Livana endirilən zərbələrdə həlak olanların sayı 2 mini ötüb


Cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda həlak olanların sayı 2000 nəfəri ötüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin hücumları nəticəsində 2 020 nəfər həlak olub və 6 436 nəfər yaralanıb", - bəyanatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, İsrail və "Hizbullah" arasında eskalasiyanın başlamasından bəri Livanda 1 888 nəfər həlak olub.

Aprelin 9-da Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkə hökuməti davam edən İsrail zərbələrinə görə BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayacaq.

Oxşar xəbərlər

İsrailin aprelin 8-də Livanda endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçib
İsrailin aprelin 8-də Livanda zərbələri nəticəsində ölənlərin sayı 300-ü keçib
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 850-yə çatıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər