İsrailin aprelin 8-də Livanda zərbələri nəticəsində ölənlərin sayı 300-ü keçib
sizinxeber.az xəbər saytı

İsrailin aprelin 8-də Livanda zərbələri nəticəsində ölənlərin sayı 300-ü keçib


İsrailin 8 apreldə endirdiyi zərbələr nəticəsində Livanda ölənlərin sayı 303 nəfərə çatıb, azı 1 150 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi cümə axşamı günü açıqlayıb.

Həmçinin qeyd olunur ki, martın 2-də İsrail və "Hizbullah" arasında gərginliyin başlamasından bəri Livanda ölənlərin ümumi sayı 1 888-ə çatıb, 6 092 nəfər yaralanıb.

Nazirlik axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, İsrailin endirdiyi zərbələrdə həlak olanların xatirəsinə Livanda 9 aprel milli matəm günü elan edilib.

Oxşar xəbərlər

İsrailin aprelin 8-də Livanda endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçib
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3
Livanda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 560 nəfərə yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər