Nyu-York metrosunda sərnişinlərə hücum edilib
sizinxeber.az xəbər saytı

Nyu-York metrosunda sərnişinlərə hücum edilib


Nyu-Yorkun Mərkəzi vağzalında maçeteli kişi metro sərnişinlərinə hücum edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs üç nəfəri - 85 yaşlı kişi, 70 yaşlı qadın və 65 yaşlı kişini yaralayıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hücum edən şəxs müqavimət göstərməyə cəhd edərkən polislər tərəfindən güllələnib. Onun şəxsiyyəti müəyyən edilməyib.

Oxşar xəbərlər

Almaniyada kişi 4 nəfəri bıçaqla yaralayıb
ABŞ-də silahlı şəxs uşaqlara hücum edib, xəsarət alanlar var  
Şanxayda bıçaqlı şəxs 3 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb
Çində naməlum şəxs insanlara bıçaqla hücum edib, ölənlər var
Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər