ABŞ-də silahlı şəxs uşaqlara hücum edib, xəsarət alanlar var
ABŞ-nin Nyu York şəhərində qəssab bıçağı ilə silahlanan şəxs uşaqlara hücum edib, zərərçəkənlərdə kəsilmiş-deşilmiş yaralar müəyyən olunub.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "New York Post" rəsmilərə istinadən yazır.
Nəşrin məlumatına görə, polisə 11 yaşlı qız zəng edib və o, dispetçerə dayısının ona və qardaşlarına hücum etdiyini deyib.
“Onlar (polislər-red) evə daxil olanda girişdə əllərində qan içində iri ətkəsən alət olan adamın dayandığını və evin döşəməsində qan olduğunu görüblər”, - nəşr Nyu-Yorkun polis komissarı Cessika Tişdən sitat gətirib.
Onun sözlərinə görə, asayiş keşikçiləri bir neçə dəfə kişidən silahını atmasını tələb ediblər, lakin o, bundan imtina edib. Sonra onların üstünə gəlib, nəticədə polis ona 7 dəfə atəş açıb. Xəsarət alan 49 yaşlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polis komissarı əlavə edib ki, 16, 13, 11 və 8 yaşlı dörd qız ağır kəsilmiş-deşilmiş xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onların həyatını xilas etmək olar. Hadisə zamanı evdə başqa oğlan da olub, lakin o çölə çıxa bilib.
Polis hadisənin başvermə səbəbini araşdırır.
Oxşar xəbərlər
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb - YENİLƏNİB
İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
İsraildə terrorçunun hücumu zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













