sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var
Yaponiyanın paytaxtı Tokioda “Akihabara” metrostansiyası yaxınlığında qadın bıçaqla sərnişinlərə hücum edib.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Hücum zamanı 4 nəfər xəsarət alıb. Məlumata görə, hücum edən şəxs saxlanılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, analoji hadisə 2008-ci ildə də bu stansiyanın yaxınlığında baş vermişdi. Belə ki, yerli sakin də bıçaqla yoldan keçənlərə hücum etmişdi. Həmin vaxt yeddi nəfər ölmüşdü, daha on nəfər yaralanmışdı.
Oxşar xəbərlər
Xəstəxanaya hücum dəhşətli hadisədir - Putin
ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB - 2
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













