Şimali Makedoniya bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu sürətləndirib
sizinxeber.az xəbər saytı

Şimali Makedoniya bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu sürətləndirib


Şimali Makedoniya bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu sürətləndirib.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Şimali Makedoniyanın energetika, mədən sənayesi və mineral ehtiyatlar naziri Sanya Bojinovska Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzusunda keçirilən panel sessiyasında bildirib.

"Biz artıq enerji qanununu sistemə daxil etmişik və 2021-ci ildə onu Avropa qaydalarına uyğunlaşdırdıq. Hesablaşmalar baxımından sistemi nizama saldıq və bütün prosedurları sadəcə sürətləndirdik. Biz tarifləri dəyişdik və eyni zamanda ciddi müzakirələr apardıq, müxtəlif variantlar üzərində işlədik və fəaliyyətimizi yaxşılaşdırmaq üçün əlavə dəstək aldıq. Bu dəstək 18 mayadək davam edəcək. Şimali Makedoniyanln enerji sistemi regionda ən sabit sistemlərdən biridir",-nazir əlavə edib.

Bajinivska diqqətə çatdırıb ki, sərhəd keçidlərində Serbiya və Albaniya istiqamətində istehlak artımı müşahidə olunur: "Hətta 30%-ə qədər tələbin artdığını görürük. Bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu bir qədər sürətləndirmişik. İlk dəfə burada materiallar, resurslar və bütün dövlət layihələri üzrə planlar mövcuddur. Bir çox layihələr var, batareyalar, enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri üzrə işlər gedir. 2025-ci ildə bərpa olunan enerji üzrə quraşdırılmış güc 58 %-ə çatıb, istehsal göstəricisi isə 49,6 % olub. Bu, çox yaxşı nəticədir və hesab edirəm ki, bu il də proses davam edəcək".

Oxşar xəbərlər

Şimali Makedoniyada 2030-cu ilə qədər Milli Enerji və İqlim Planını qəbul edilib
Silyanovska-Davkova: Avropa İttifaqına üzvlük Şimali Makedoniyanın strateji hədəfidir
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Bakıda Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər