Kolumbiya HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb
sizinxeber.az xəbər saytı

Kolumbiya HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb


Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.

Ölkənin müdafiə naziri Pedro Sançes "X" sosial şəbəkəsində təfərrüatlara varmadan hadisəni təsdiqləyib.

"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb", - deyə o yazıb.

Oxşar xəbərlər

İsrailə məxsus PUA qəzaya uğrayıb
Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər