Britaniya Trampın İranla danışıqlar barədə bəyanatını alqışlayıb
sizinxeber.az xəbər saytı

Britaniya Trampın İranla danışıqlar barədə bəyanatını alqışlayıb


Böyük Britaniya ABŞ və İranın "məhsuldar" danışıqları barədə məlumatları alqışlayır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Sky News" Britaniya Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Məhsuldar danışıqlar barədə istənilən məlumatı yalnız alqışlamaq olar. Biz həmişə demişik ki, münaqişənin tezliklə başa çatması qlobal maraqlara cavab verir və xüsusilə Hörmüz boğazı gəmiçilik üçün yenidən açıq olmalıdır", - mətbuat xidmətinin məlumatında qeyd olunub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton İranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, Tehran Vaşinqtonla birbaşa təmaslar aparmayıb.

Oxşar xəbərlər

ABŞ İranla birbaşa danışıqlar aparmağa hazırdır
Tramp: ABŞ-ın İranla danışıqları yaxşı gedir
Tramp: Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır
Tramp: ABŞ-İran danışıqları yaxşı gedir
Tramp: Vaşinqton və Tehran birbaşa danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər