İran ABŞ bazalarına və İsrail obyektlərinə zərbələr endirdiyini bəyan edib
İran "Sadiq vəd-4" əməliyyatının 76-cı mərhələsinin gedişatında ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əd-Dəfra", İraqdakı "Viktoriya" bazalarına və İsrailin bir neçə şəhərində İsrail ordusunun mövqelərinə zərbələr endirib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"Düşmənin hərbi infrastrukturunun daha da dağıdılması məqsədilə ABŞ-nin "Əd-Dəfra", "Viktoriya" bazaları, ABŞ-nin 5-ci donanmasının bazası və ABŞ Hərbi Hava Qüvvələrinin "Şahzadə Sultan" bazası pilotsuz uçuş aparatları və raketlərin zərbələrinə məruz qalıb", - SEPAH bəyan edib.
Qeyd olunub ki, bu mərhələnin gedişatında Aşkelon, Təl-Əviv, Hayfa, Quş-Dan və Əsqalan aqlomerasiyalarında İsrailin hərbi infrastrukturuna da zərbələr endirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
İran İsrail və ABŞ-yə qarşı "Gerçək vəd – 4" əməliyyatının 74-cü dalğasını keçirib
SEPAH: İranın raket anbarlarının böyük hissəsinə zərər dəyməyib
SEPAH: ABŞ-nin bazalarına raket zərbələri endirilib
İran Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura hücum edib
SEPAH ABŞ-nin İraqdakı bazasına zərbə endirildiyini bəyan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
