İsrail HHQ Beyrutda "Hizbullah"ın qərargahlarına hücum edib
sizinxeber.az xəbər saytı

İsrail HHQ Beyrutda "Hizbullah"ın qərargahlarına hücum edib


İsrail Hərbi Hava Qüvvələri (HHQ) hərbi kəşfiyyatın dəstəyi ilə Beyrutda (Livan) "Hizbullah"ın qərargahlarına zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gecə saatlarında Livanın cənubunda aparılan quru əməliyyatı zamanı 91-ci diviziyanın komandanlığı altında "Givati" briqadasının döyüşçüləri "Hizbullah"ın silahlılarını aşkar ediblər.

"Qüvvələrimiz bir nəfəri öldürüblər. Ardınca HHQ təyyarəsi İsrail hərbçilərinə atəş açan bir neçə döyüşçüyə zərbə endirib. Sonradan "Hizbullah"ın daha üç döyüşçüsü tank atəşi ilə öldürülüb", - bəyanatda qeyd olunub.

Ordudan əlavə edilib ki, İsrail hərbçiləri arasında itki yoxdur.

Oxşar xəbərlər

İsrail "Hizbullah"ın silah anbarına zərbə endirib
İsrail Ordusu: Livanda 20-dən çox "Hizbullah" döyüşçüsü öldürülüb
İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə yeni hava zərbələri endirib
İsrail "Hizbullah"ın hərbi strukturuna hava zərbələri endirib
İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər