İsrail Ordusu: Livanda 20-dən çox "Hizbullah" döyüşçüsü öldürülüb
sizinxeber.az xəbər saytı

İsrail Ordusu: Livanda 20-dən çox "Hizbullah" döyüşçüsü öldürülüb


Livanın cənubunda ötən günkü quru əməliyyatları zamanı "Hizbullah"ın 20-dən çox döyüşçüsü öldürülüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.

Məlumata görə, İsrail ordusunun "Qolani" briqadasının əsgərləri "Hizbullah" döyüşçülərindən ibarət qrup, həmçinin çoxsaylı silah növləri aşkar edib.

Qeyd olunub ki, 36-cı diviziya İranda müharibə fonunda "Hizbullah"ın İsrailə hücumlara başlamasından bəri Livanın cənubunda quru əməliyyatları aparan İsrail ordusunun dörd diviziyasından biridir.

Oxşar xəbərlər

İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb
İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib
İsrail Müdafiə Ordusu: "Hizbullah"ın cənub cəbhəsi komandanı öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər