Netanyahu: İran artıq uran zənginləşdirə və raket istehsal edə bilməyəcək
Hazırda İranın uranı zənginləşdirmək və ballistik raketlər istehsal etmək imkanı yoxdur.
"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, İran hazırda zəifdir. Bununla yanaşı, Netanyahu vurğulayıb ki, İslam Respublikasına qarşı əməliyyat nə qədər lazımdırsa, o qədər də davam edəcək.
"Xamenei yerin dərinliklərində raket və nüvə proqramlarının bərpa olunmasını əmr edib. Biz təkcə qalan raketləri məhv etmək üçün deyil, həm də bu proqramların reallaşdırılmasını təmin edən müəssisələrin məhvi üçün fəaliyyət göstəririk. Artıq indi, 20 gün sonra mən sizə bildirə bilərəm ki, İranın uranı zənginləşdirmək və ballistik raketlər istehsal etmək imkanı yoxdur", - İsrailin Baş naziri bildirib.
O, həmçinin İranda quru əməliyyatının keçirilməsini də istisna etməyib: "İnqilabları havadan həyata keçirmək olmaz. Biz havadan çox iş görürük, lakin quru komponenti də olmalıdır, mən bütün variantları sizin qarşınızda açıqlamayacağam".
Oxşar xəbərlər
Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir
Netanyahu: Əməliyyat nə qədər lazımdırsa, davam edəcək
Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Netanyahu: İran İsrail üçün ciddi təhlükə olaraq qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
