Makron: Yeni təyyarədaşıyan gəminin tikintisi 10 milyard avroya başa gələcək
sizinxeber.az xəbər saytı

Makron: Yeni təyyarədaşıyan gəminin tikintisi 10 milyard avroya başa gələcək


Fransa Hərbi Dəniz Qüvvələrinin tərkibindəki "Charles de Gaulle" təyyarədaşıyanını əvəz edəcək yeni nəsil gəminin istehsalı təxminən 10 milyard avroya başa gələcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron gəminin inşa ediləcəyi ölkənin qərbindəki "Naval Group" müəssisəsinə səfəri zamanı bildirib.

"Təyyarədaşıyan gəmimiz təxminən 10 milyard avroya başa gələcək. Bu, böyük sərmayədir, lakin o hamının xeyrinə olacaq", - deyə Makon bildirib.

Yeni nəsil təyyarədaşıyan gəmi layihəsi artıq bir neçə ildir, Fransada müzakirə olunur. 2025-ci ilin dekabrında Makron onun yekun olaraq təsdiqləndiyini bildirib. Yeni gəmi 2038-ci ildə "Charles de Gaulle"u əvəz etməlidir.

Oxşar xəbərlər

ABŞ-nin Aİ-yə qarşı rüsumları Almaniyaya 2028-ci ilin sonunadək 200 milyard avroya başa gələ bilər
ABŞ-nin yeni rüsumları Fransanın içki sənayesinə 1 milyard avroya başa gələ bilər
Makron: Fransa ABŞ-nin yeni rəhbərliyi ilə İranla bağlı strateji müzakirə aparmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər