Slovakiya dizel yanacağının satışına və ixracına məhdudiyyətlər tətbiq edib
Slovakiya Nazirlər Kabineti ölkənin yanacaqdoldurma məntəqələrində alınması mümkün olan dizel yanacağının həcminə qarşıdakı 30 gün müddətinə məhdudiyyətlər tətbiq edən qərarı təsdiqləyib.
"Sizinxeber.az" TASR-a istinadən xəbərinə görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso hökumət iclasının yekunları üzrə məlumat verib.
Bundan başqa, Nazirlər Kabineti dizel yanacağının ölkə hüdudlarından kənara çıxarılmasına müvəqqəti qadağa qoyulması haqqında qərar qəbul edib.
Qeyd olunan tədbirlərlə paralel olaraq yanacaqdoldurma məntəqələrində xarici qeydiyyatı olan bütün nəqliyyat vasitələrinə şamil edilən dizel yanacağı üçün xüsusi qiymət rejimi tətbiq olunur. Belə avtomobillər üçün dizelin qiyməti Avstriya, Çexiya və Polşada qüvvədə olan orta qiymət səviyyəsi əsasında hesablanacaq.
Oxşar xəbərlər
İranda dizel bahalaşıb
SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib
Azərbaycanda qiymət fərqindən daxilolmalar üzrə yığımlar proqnozdan 90 % az olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
