Koşta: Avropa İttifaqı Moskvaya təzyiqi artırmalı və Kiyevi dəstəkləməlidir
Avropa İttifaqı (AI) gələcəkdə Ukraynada təhlükəsizlik və sülh barədə Rusiya ilə dialoq aparmalı olacaq.
"Sizinxeber.az" EFE-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AI Şurasının sədri Antonio Koşta bildirib.
Onun sözlərinə görə, dialoq üçün vaxt hələ çatmayıb: blok Moskvaya təzyiqi gücləndirməyə və eyni zamanda Kiyevi dəstəkləməyə davam etməlidir.
A.Koşta həmçinin bildirib ki, 27 ölkə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi müharibənin dayandırılması ilə bağlı dialoqun arzuolunan nəticələri verməyəcəyi ehtimalına hazır olmalıdır.
"İndi biz Prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq istiqamətindəki səylərinin pozulmasına yol verməməliyik. Elə bir an gələ bilər ki, Prezident Tramp öz səylərini davam etdirməmək qərarına gələcək və ya onlar uğursuz nəticələnəcək. O zaman biz bu səyləri davam etdirməyə və Ukraynada ədalətli və davamlı sülhə nail olmağa çalışmağa hazır olmalı olacağıq", - o qeyd edib.
Oxşar xəbərlər
Antoniu Koşta: Ukraynada sülhə nail olmaq üçün Rusiya dərhal zorakılığı dayandırmalıdır
Koşta: Bizə Ukraynada davamlı sülhü təmin edəcək bir razılaşma lazımdır
Aİ və ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
Koşta Trampın mövqeyi barədə: Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər
Aİ və Böyük Britaniya Trampın Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
