Aİ və ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
Avropa İttifaqı (Aİ) və ABŞ Ukrayna üçün konkret və lazımi təhlükəsizlik zəmanətləri hazırlayır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Aİ və ABŞ birlikdə Ukrayna üçün konkret və zəruri təhlükəsizlik təminatlarını hazırlayacaq.
“Biz ABŞ ilə konkret təhlükəsizlik təminatları üzərində işləyəcəyik. Prezident (Ukrayna Prezidenti Volodimir - red.) Zelenski və ABŞ ilə birlikdə ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımları hazırlayacağıq”, - Koşta qeyd edib.
Onun sözlərinə görə, Avropa Şurasının üzvləri ilə görüşdən dərhal sonra o, Zelenski ilə telefon danışığı aparıb. Söhbət zamanı Koşta Aİ-nin birliyini və Kiyevə sarsılmaz dəstəyini, həmçinin Rusiyaya qarşı təzyiqlərə sadiqliyini vurğulayıb.
Koşta həmçinin əlavə edib ki, Ukraynanın gələcəyi Aİ-yə üzvlüklə bağlıdır və bu, ölkə üçün firavanlıq və sabitliyi təmin edəcək.
Oxşar xəbərlər
Antoniu Koşta: Ukraynada sülhə nail olmaq üçün Rusiya dərhal zorakılığı dayandırmalıdır
Zelenski və Koşta Avropa Şurasının iclasının nəticələrini müzakirə edib
Koşta Trampın mövqeyi barədə: Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər
Aİ Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı məsləhətləşmələrə başlayıb
Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













