sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Koşta: Bizə Ukraynada davamlı sülhü təmin edəcək bir razılaşma lazımdır
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada sülh perspektivlərini müzakirə etmək üçün ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
A.Koşta vurğulayıb ki, Rusiya-Ukrayna arasında sülh sadəcə atəşkəs ola bilməz:
"Bizə Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhü və Avropada təhlükəsizliyi təmin edəcək bir razılaşma lazımdır. Ukrayna Avropaya güvənə bilər. Biz sülh və təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə konstruktiv şəkildə işləməyə davam etməyə hazırıq".
Oxşar xəbərlər
Ukrayna Prezident Ofisinin rəhbəri: Ədalətli və dayanıqlı sülh bizim üçün prioritetdir
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Antonio Koşta: Aİ-nin gələcək üzvü kimi Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik
NATO Baş katibi: Avropa və ABŞ Ukraynada davamlı nizamlanmaya nail olmağın zəruriliyi barədə həmfikirdir
NATO Rusiya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













