Zelenski: Yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək.
"Sizinxeber.az" xəbər verir ki, Ukrayna lideri bunu İsrailin "The Jerusalem Post" nəşrinə müsahibəsində bildirib.
"Vəziyyət daha da gərginləşəcək. Onlar (İran – red.) region ölkələrinin əhalini elektrik enerjisi və su ilə təmin edə bilməməsi üçün hər şeyi edəcəklər", - Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya İranın "Şahed" pilotsuz uçuş aparatlarını təkmilləşdirməsinə kömək edib və onların sınaqdan keçirilməsi üçün Ukraynadan "poliqon" kimi istifadə edib.
Zelenski, həmçinin qeyd edib ki, bu gün İsrail, Fars körfəzi ölkələri və ABŞ-nin üzləşdiyi təhlükə Ukraynanın dinc sakinlərinə qarşı illərlə davam edən hücumlar nəticəsində formalaşıb.
"Bizim bu dronlarla bağlı dəhşətli təcrübəmiz olub. Hər gün - gecə və gündüz bizə doğru 350-500 İran "Şahed"i atılırdı", - o deyib.
Ukrayna lideri bildirib ki, Rusiya və İran arasında əməkdaşlıq təkcə Tehranın Moskvaya PUA tədarükü ilə məhdudlaşmır, həm də Rusiyanın onların modernləşdirilməsinə göstərdiyi yardımı da əhatə edir.
Zelenskinin sözlərinə görə, Ukrayna İranı pilotsuz uçuş aparatlarının mülki obyektlərə qarşı istifadə olunacağı barədə xəbərdarlıq edərək Rusiyaya dron verməməyə razı salmağa çalışıb. Lakin İran tərəfi tədarükün real sayını gizlədirdi: "Onlar deyirdilər ki, 1200-1300 ədəd satıblar - vəssalam. Amma bu, həqiqət deyildi".
Zelenski İranı Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı üçün lisenziyalar verməkdə, həmçinin iki zavodun yaradılmasına və ilkin mərhələdə kadr hazırlığına kömək etməkdə günahlandırıb.
Rusiyanın İrana modernləşdirilmiş texnologiyalar verib-vermədiyi ilə bağlı sualı cavablandıran Zelenski deyib: "Bəli, buna əminəm". O əlavə edib ki, Yaxın Şərq ölkələrindən birində vurulan pilotsuz uçuş aparatında Rusiya istehsalı olan elementlər aşkar edilib.
Oxşar xəbərlər
Zelenski: İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb
Zelenski: Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk
Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir
Zelenski: ABŞ Baydenin Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərib
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
