Zelenski: İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb
İran və İsrail arasındakı yeni münaqişə dalğası Ukrayna üçün xüsusilə enerji və təhlükəsizlik baxımından əlavə risklər yaradır.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O vurğulayıb ki, İsrailin İrana zərbələrinin nəticələri artıq nəzərə çarpır: neftin qiyməti qalxıb və bu, Rusiya üçün sərfəlidir. “İxrac qiymətinə məhdudiyyət tətbiq edilməsə, Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə oluna biləcək əlavə mənfəət əldə edəcək”, - V.Zelenski əlavə edib.
Onun sözlərinə görə, bu amil qətiyyən onlara kömək etmir: “Ona görə də ABŞ tərəfi ilə Rusiyanın enerji sektoruna qarşı qiymət məhdudiyyətlərinin tətbiqi və sanksiyaların tətbiqi ilə bağlı danışıqlar zamanı səsimiz daha güclü olacaq”.
Ukrayna Prezident həmçinin neft məhdudiyyətləri və Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərini müzakirə etmək üçün ABŞ, o cümlədən də Donald Tramp ilə yeni təmaslar olduğunu söyləyib.
V.Zelenskinin sözlərinə görə, İsrailin İranın hərbi sənayesinə zərbələrinin nəticələrini təhlil etmək də vacib olacaq. “Həqiqətən “Şahed” və raketlər istehsal edən zavodlar vurulubsa, bu, İranın Rusiyaya silah vermək qabiliyyətinə birbaşa təsir edəcək. Ümid edək ki, müvafiq istehsal və ya Rusiya tərəfinə ötürülmə azalacaq. Bu, Ukraynaya kömək edir”, - dövlət başçısı qeyd edib.
Zelenski Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Qərbin Ukraynaya yardımının həcminin mümkün azalmasına da toxunub.
“Heç kim Amerika və İsrail arasında münasibətlərə iddialı deyil, lakin istərdik ki, Ukraynaya yardım buna görə azalmasın. Sonuncu dəfə isə bu, Ukraynaya yardımı ləngidən amil idi. Və bu faktdır”, - prezident vurğulayıb.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir
Zelenski: Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Zelenski: Danimarka Ukraynaya 26-cı hərbi yardım paketini hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
