COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin məqsədi ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməkdir.
Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:
- Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr;
- İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu;
- Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri;
- Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu;
- Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları;
- Çoxtərəfli İnkişaf Banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu.
Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb
COP tarixində ilk dəfə "Rəqəmsallaşma Günü" keçiriləcək
Baş katib: Orta Dəhlizin rəqəmsallaşdırılması hava kimi zəruri bir şərtdir
ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib












