Azərbaycanın müstəqillik dövründə ilk dəmir yolu qalereyası inşa olunur
Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km də inşa edilən qalereya, Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.
"Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsi üçün də imkan verir", - Sənubər Nəzərova qeyd edib.
O, əlavə edib ki, qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur.
Oxşar xəbərlər
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













