Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır.
APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib.
Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir. Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib.
Şöbə müdiri qeyd edib ki, sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir.
"Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır", - Fəryaz Rüstəmov bildirib.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb
ADY tabeliyində olan tibb müəssisələrinin təhvil verilməsi prosesinə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
