AZAL rəhbərliyi Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib
sizinxeber.az xəbər saytı

AZAL rəhbərliyi Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib


Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının – İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad edib.

Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Oxşar xəbərlər

AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Niyazi Bayramov Milli Qəhrəman Hökümə Əliyevanın yas mərasimində iştirak edib
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
Samuxda Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açılışı olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər