AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
sizinxeber.az xəbər saytı

AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib


Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” AZAL-a istinadən xəbər verir ki, tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının – İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsini ehtiramla yad edib.

Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Oxşar xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunur
Hökümə Əliyevanın vəfatına görə verilmiş pul oğurlandı - 80 minlik cinayət
Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək
Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası: Mən qızımla fəxr edirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər