Ayaz Mirzəyev: “Nəsil ağacı-2” filminin Qərbi Azərbaycanda çəkilməsini arzu edirik
Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli film Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlər, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs edir.
Bunu "Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə icra edilən layihələr"ə dair brifinq çərçivəsində "Sizinxeber.az"a açıqlamasında “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (AJN) sədri Ayaz Mirzəyev deyib.
O bildirib ki, film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub:
"Filmdə vurğulanır ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali dörd dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə 1 milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub-saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “nəsil ağacları"nın budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər".
A.Mirzəyev qeyd edib ki, filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşların vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncədə lentə alınıb.
"Arzumuz odur ki, növbəti “Nəsil ağacı-2” filminin çəkilişlərini doğma Qərbi Azərbaycanda, Zəngəzurda həyata keçirək", - AJN sədri əlavə edib.
Qeyd edək ki, filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.
Oxşar xəbərlər
İcma sədri: Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı gənclərdən asılıdır
“Qərbi azərbaycanlıların Qars köçü” sənədli filmi hazırlanır, “Zəngəzur" mahnısı ictimaiyyətə təqdim olunacaq
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Polşa Seyminin rəsmisi qərbi azərbaycanlıların deportasiyaları barədə məlumatlandırılıb
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












