Bakıda Qərbi Azərbaycan irsi ilə bağlı "Daşları toplamaq vaxtıdır" kitabının təqdimatı olub
- 5-06-2025, 12:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 7 097
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik tədbir və "Daşları toplamaq vaxtıdır" fundamental nəşrin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, "İrs" jurnalının baş redaktoru, "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik layihənin rəhbəri Musa Mərcanlı kitabın əhəmiyyətindən danışıb:
"Əsas məqsəd Azərbaycan irsinin dünyaya çatdırılmasıdır. Lakin ermənilər buna imkan vermək istəmirdilər. Bizim Qərbi Azərbaycan ərazisinə cəlb etdiyimiz xarici fotoqraflara mane olmaq istədilər. Buna baxmayaraq, azərbaycanlıların vaxtilə məskunlaşdığı 50-yə yaxın yaşayış məntəqəsindən fotolar əldə edə bilmişik. Məqsədimiz həmin torpaqlarda yaşamaq haqqımızı geri almaq, mədəni irsimizi bərpa edərək yaşatmaqdır".
BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev nəşrin necə ərsəyə gəlməsindən söz açıb:
"Kitabda Qərbi Azərbaycanın xalqımıza məxsus qədim diyar olduğu elmi-faktoloji materiallar əsasında təqdim edilib. Nəşrdə regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini, eləcə də digər mədəni abidələrin foto və sənədli sübutları təqdim olunur".
Kitabın elmi məsləhətçisi Rizvan Hüseynov isə ildən-ilə Azərbaycan abidələrinin məhv edildiyini diqqətə çatdırıb:
"Kitabda bütün bu dağıntılar öz əksini tapıb. Bizim məqsədimiz insanlara həm yazılı, həm də vizual formada Azərbaycan irsini tanıtmaq, vurulan ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır".
Foto: Mircavid Eminoğlu


width="220" alt="Layihə rəhbəri: Ermənistanda Qərbi Azərbaycan irsini lentə alan xarici fotoqrafların işinə maneə yaradılıb" />
width="220" alt="İordaniyalı professor: Ermənistanda azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />