23
may
2025
12:30
yuxarı
BMTM sədri: Ermənistan Azərbaycan irsini başqa bir ölkəyə məxsus irs kimi təqdim etmək istiqamətində addımlar atır
BMTM sədri: Ermənistan Azərbaycan irsini başqa bir ölkəyə məxsus irs kimi təqdim etmək istiqamətində addımlar atır
Ermənistanın Azərbaycan ərazilərində işğal dövründə törətdiyi əməllər içərisində islamofob elementlər mövcuddur.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” tədbirinin mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan həm də Azərbaycan irsini başqa bir ölkəyə məxsus irs kimi təqdim etmək istiqamətində də addımlar atır:
“Buna misal kimi İrəvandakı məscidin Azərbaycan irsinin nümunəsi olduğunun danılmasını göstərmək olar”.
Bizimlə əlaqə saxlayın
×
×
