Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Mədəniyyət Nazirliyində Şəfiqə Məmmədova ilə görüş keçirilib, ona Fəxri fərman təqdim edilib

Mədəniyyət Nazirliyində Şəfiqə Məmmədova ilə görüş keçirilib, ona Fəxri fərman təqdim edilib

Mədəniyyət Nazirliyində görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədova ilə görüş keçirilib.

Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan görüşdə ölkənin kino ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Şəfiqə Məmmədovanın mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb: "Sənətkar səhnədə və ekranda həyat verdiyi rəngarəng obrazlarla bir neçə nəsil tamaşaçıların rəğbətini qazanıb".

Nazir Şəfiqə Məmmədovanın bənzərsiz sənətinin dövlət tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun respublikanın ali təltiflərinə layiq görüldüyünü deyib. Bildirilib ki, Prezident İlham Əliyevin bu ilin martın 29-da imzaladığı Sərəncamla aktrisa “İstiqlal” ordeninə layiq görülüb və dövlət başçısı bu ali təltifi sənətkara şəxsən təqdim edib.

Sənətkara yubileyi ilə əlaqədar təbriklərini çatdıran Adil Kərimli ona nazirliyin Fəxri fərmanını da təqdim edib.

Şəfiqə Məmmədova yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib.

Kino sahəsinin mədəniyyətin ən vacib istiqamətlərindən biri olduğunu deyən nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən kino sənayesinin inkişafı diqqətdə saxlanılır. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması, 2022-ci il 20 aprel tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması bu sahəyə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.

Sonda xatirə şəkilləri çəkdirilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !