Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşaya səfəri başlayıb
Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşa şəhərinə səfəri başlayıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.
Budəfəki səfər zamanı dünyanın 30 ölkəsinin - ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər edib.
6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.
Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin Qarabağ və Şərqi Zəngəzura 12 səfəri baş tutub.
Oxşar xəbərlər
Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
Bu gündən dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
Bir qrup beynəlxalq səyyah Şuşaya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
