Aygül Sadvokasova: Qazaxıstandakı Azərbaycan icması mədəni diplomatiyada fəal iştirak edir
- 23-04-2025, 19:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 284
Qazaxıstanda Azərbaycan icmasının təxminən 100 min nümayəndəsi yaşayır.
“Report”un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Etnik və Konfessiyalararası Münasibətlərin Öyrənilməsi Mərkəzinin rəhbəri Aygül Sadvokasova bildirib.
“Azərbaycan diasporunun əksəriyyəti Almatı vilayətində və eyni adlı şəhərdə yaşayır. Astanada Qazaxıstan Xalqı Assambleyasının tərkibinə daxil olan iki fəal mədəniyyət mərkəzi - Azərbaycan və türk mərkəzləri fəaliyyət göstərir”, - o deyib.
Onun sözlərinə görə, Astanada Dostluq Evində yanaşı yerləşən “Xəzər” Azərbaycan etno-mədəni mərkəzi və “Axıska” türk mərkəzi Assambleyanın işində fəal iştirak edir:
“Onlar zəngin mədəni və ictimai fəaliyyət həyata keçirir, respublika səviyyəsində assosiasiyalara malikdirlər, çoxsaylı ikitərəfli görüşlər və birgə mədəni tədbirlər keçirirlər. Dostluq Evindəki mədəni birliklər xalq diplomatiyasına dair mühüm missiyanı yerinə yetirir”.
Qeyd edək ki, Astanada Dostluq Evinin rəhbərliyi tərəfindən təşkil edilmiş ekskursiya zamanı qeyd edilib ki, burada 23 etno-mədəni birlik yerləşir və beynəlxalq və respublika səviyyəli tədbirlər keçirilir. Onun fəaliyyəti Qazaxıstan kimliyinin və ümummilli birliyin möhkəmləndirilməsinə, Qazaxıstanın etnik qruplarının ənənələrinin, dillərinin, mədəniyyətlərinin qorunması, etnik tolerantlıq və ictimai razılığın formalaşdırılması, Assambleyanın məqsəd və vəzifələrinə nail olmaqda etno-mədəni birliklərin səylərinin inteqrasiyası kimi ümumi məsələlərin həllinə yönəlib.
Qazaxıstan Xalqı Assambleyasının Dostluq Evləri bu ölkənin bütün regionlarında fəaliyyət göstərir. Respublika Dostluq Evi isə Almatıda yerləşir. Bu ölkədə ümumilikdə 12 vilayət, 7 şəhər və 13 rayon Dostluq Evi fəaliyyət göstərir.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />