Bakıda türkiyəli rəssam Ayfer Akbaşoğlunun rəsm əsərləri nümayiş olunur
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə aprelin 18-də “QGallery” Qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun əsərlərindən ibarət “İnsan hekayələri” adlı rəsm sərgisi keçirilib.
"Sizinxeber.az xəbər verir ki, tədbirə Azərbaycandan dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, Türkiyədən müxtəlif qonaqlar qatılıblar.
A.Akbaşoğlu jurnalistlərə açıqlamasında bu tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
"İnsan hekayələri" sərgisi üçün çəkilən rəsmlər həm də həyat hekayələridir. Bu mənim yaradıcılığımda ilkdir. Qərbi Azərbaycan İcmasına və bütövlükdə Azərbaycan cəmiyyətinə təşəkkür edirəm".
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov isə sərgidə təxminən 40 rəsmin nümayiş olunduğunu söyləyib:
"İnsan hisslərinin ifadəsi olan bu rəsmlər Qərbi Azərbaycan məsələsinin aktuallığını qoruması baxımından da əhəmiyyətlidir".
Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli vurğulayıbki, sərginin "İnsan hekayələri" adlanması təsadüfi deyil:
"Bu, özündə həm də insanların yurdlarına qayıdış hüququnu ehtiva edir. Sərgi xaricdə yaşayan rəssamların yaradıcılığına da Qərbi Azərbaycan mövzusunu gətirəcək".
Sərgi aprelin 24-dək davam edəcək.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Füzulidə Zəfər Günü ilə bağlı rəsm sərgisi nümayiş olunub
Xronika: Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
QAİ rəsmisi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












