ICESCO-nun Baş direktoru: Şuşa mədəni ləyaqətin rəmzi, İslam yaradıcılığının mayakıdır
Şuşa bizə tarixin şərəfləndirildiyi, rəhbərliyin uzaqgörən olduğu və İslam dünyasının mədəniyyət, bilik və ruhla birləşdiyi zaman nəyin mümkün olduğunu göstərdi.
“Sizinxeber.az”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimində videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, Şuşa mədəni ləyaqətin rəmzi, İslam yaradıcılığının mayakı və xalqların keçmişlərinə qürurla, gələcəklərinə isə inamla addımladıqda nələrə nail ola biləcəklərinin canlı sübutuna çevrilib:
“Şuşa ICESCO tərəfindən İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyi ilk gündən etibarən öz yerini alaraq inkişaf etdi, lakin daha da əhəmiyyətlisi, mədəni mükəmməllikdə liderliyini yenidən müəyyənləşdirdi”.
Baş direktor Şuşanın bu titulu bir məşəl kimi qəbul etdiyini vurğulayıb.
“Əziz Şuşa, biz bu bayramı bağlamırıq. Lakin sizinlə və sizin xalqınızla yeni bir mədəniyyət dövrü açırıq. Azərbaycana təşəkkür edirik”.
Oxşar xəbərlər
“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilir
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib - FOTO
İslamabadda “Şuşa 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
