İslamabadda “Şuşa 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib
Azərbaycanın İslamabaddakı səfirliyi Pakistan Müsəlmanları İnstitutu ilə birgə “Şuşa – 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı: müsəlman dünyasının zəngin irsinin sübutu” mövzusunda seminar təşkil edib.
Bu barədə "Sizinxeber.az"a Pakistan Müsəlman İnstitutundan məlumat verilib.
Tədbir İslamabaddakı Pakistan Milli Kitabxanasında baş tutub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Müsəlmanları İnstitutunun direktoru Sultan Əhməd Əli, Özbəkistanın Pakistandakı səfiri Əlişir Tuxtayev və digər diplomatlar tədbirdə çıxış ediblər.
Onlar xatırladıblar ki, İSESKO Şuşanı 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edib. Bu mötəbər titul Şuşanın mədəni əhəmiyyətini və müsəlman dünyasının zəngin irsinə mühüm töhfəsini əks etdirir.
Tədbir iştirakçıları İslam irsinin qorunub saxlanmasının və müsəlman ölkələri arasında mədəni mübadilənin təşviqinin vacibliyinə diqqət çəkiblər.
Həmçinin Şuşanın gələcək nəsillər üçün ilham mənbəyi, regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqi amili kimi mühüm potensiala malik olduğu vurğulanıb.
Oxşar xəbərlər
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib
Səudiyyəli nümayəndə: Şuşanın OIC Gənclər Paytaxtı seçilməsi əlamətdar hadisə kimi yadda qalacaq
İlham Əliyev: Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb


