Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib - FOTO
ICESCO tərəfindən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində “Şuşa – zirvədən uca” kitabı ərəb dilinə tərcümə edilərək çap olunub.
Sizinxeber.az xəbər verir ki, Kitabın ərəbcə nəşri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “PAŞA Holding” MMC və “İRS-Heritage” jurnalının dəstəyi ilə ərsəyə gəlib.
Noyabrın 20-də COP29 çərçivəsində ICESCO-nun pavilyonunda kitabın təqdimat mərasimi keçirilib.
Tədbirin moderatoru, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov nəşr haqqında məlumat verib, çıxışçıları təqdim edib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, mədəni zənginliklərindən söz açıb:
“Bu il mayın 11-də Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdik. Şuşada olarkən yeni yollar, gözəl binalar, əla hotellər və təmir edilmiş muzeylər gördük. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilər kimi Şuşa şəhərində də böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmçinin Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Şuşanın və işğaldan azad edilmiş digər bölgələrin abadlaşdırılması və müasirləşdirilməsi işində yaxında iştirak edir”.
Kitab haqqında danışan baş direktor onun ərəb dilində işıq üzü görməsinin qədim Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğ olunmasına qiymətli töhfə olduğunu deyib.
Oxşar xəbərlər
ICESCO-nun Baş direktoru Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada “Füzuli – 530 misra” kitabı təqdimat edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan xalq nağılları Türkiyədə çap olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












