Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB
Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qətər mədəniyyət nazirləri və nazilik nümayəndələri ilə yanaşı, incəsənət xadimləri, media mənsubları və digər qonaqlar iştirak edib.
Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.
Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.
“Report” xəbər verir ki, bu gündən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunur.
Təqdimatda iştirak edən mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani pavilyonlarda nümayiş olunan mədəni sənət nümunələri, ölkənin milli mətbəxi ilə tanış olublar.
Mədəniyyət nazirin müavini Fərid Cəfərli 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərini və bu günlərdə Bakıda keçirilən Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətindən danışıb.
Nazir müavini Azərbaycan-Qətər mədəni əlaqələrinin bundan sonra da inkişafından əminliyini ifadə edib.
Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.
Foto ;Mircavid Eminoğlu
Oxşar xəbərlər
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək
Bakıda Qətər Mədəniyyəti Günlərinin açılışı olub - FOTO
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Adil Kərimli: Azərbaycan və Qətər xalqlarını yaxınlaşdıran həm də mədəni zənginlikləridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












