Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub
Fransanın Blua şəhərində keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi təqdim olunub.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, Tur Universitetinin təşkilatçılığı ilə baş tutan və 16 ölkənin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Blua şəhərinin merinin müavini və yüzlərlə yerli sakin stendi ziyarət edərək, Azərbaycanın milli musiqi alətləri, qədim abidələri, milli geyimləri, mətbəxi ilə yaxından tanış olublar.
İnteraktiv dərnəkdə qonaqlara şəkərbura bəzəmə sənəti nümayiş etdirilib. Dərnəyi Blua şəhərində yaşayan və stendin hazırlanmasında fəal iştirak edən həmyerlimiz Nərminə Məmmədova aparıb.
Tədbir iştirakçıları Azərbaycan kətəsinin dadına da baxıblar.
Tədbir zamanı Azərbaycanın böyük caz pianisti və bəstəkarı Vaqif Mustafazadənin “Düşüncə” əsəri və sevilən “Laçın” xalq mahnısı səsləndirilib.
Oxşar xəbərlər
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Türkiyədə şəhid və qazilərin şerlərindən ibarət kitab təqdim olunub
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












