Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistanın Karaçi şəhərində keçirilən "Pakistan Travel Mart" sərgisində Azərbaycanın turizm imkanları nümayiş etdirilib.
“Sizinxeber.az” Büroya istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və ölkəni təmsil edən 6 turizm şirkətinin iştirak etdiyi sərgidə stend ziyarətçilərinə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi və mədəni abidələr, milli mətbəx, turizm marşrutları və müasir turizm infrastrukturu barədə məlumat verilib.
Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid "Destinasiyaların yenidən təyin edilməsi: Dayanıqlı turizm və davamlı gələcək" adlı panel müzakirəsində, eləcə də İslam Ticarət və İnkişaf Palatası (ICCD) tərəfindən təşkil edilən "Dayanıqlı Turizm Forumu"nda çıxış edərək Azərbaycanın dayanıqlı turizm təcrübələri və turizm sahəsində dövlət-özəl tərəfdaşlığı mövzularında məlumat verib.
Qeyd edək ki, AZAL tərəfindən Pakistanın İslamabad və Lahor şəhərlərindən Bakıya birbaşa uçuşlar həyata keçirilir. 2024-cü ildə Azərbaycana səfər edən Pakistan vətəndaşlarının sayı 80 924 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 47 % artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycan Hindistanda keçiriləcək turizm sərgisində iştirak edəcək
Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
