Türkiyədə şəhid və qazilərin şerlərindən ibarət kitab təqdim olunub
- 27-09-2024, 23:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 124
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada yazıçı, jurnalist Aida Eyvazlı Göytürkün tərtibatında “Zəfər qoxuyan şerlər” kitabının təqdimat mərasimi keçirilib.
“Sizinxeber.az”un Ankara bürosunun məlumatına görə, səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutan tədbir 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin şerlərindən ibarət kitab Türkiyə dilinə çevrilib və bu ölkənin oxuculara təqdim olunacaq.
Aida Eyvazlı Göytürk deyib ki, kitabda həmçinin 2016-cı il aprel şəhidlərinin şerləri də yer alıb: “Şair ruhu ilə özlərini odun-alovun içinə atan qəhrəman hərbçilərimiz öz həyatlarını vətən üçün fəda edərək zəfər çalmağı bacardılar”.
Tədbirdə iştirak edən azərbaycanlı qazilər Səbuhi Qurbanov və Eyvaz Eyvazlı şerlərini səsləndiriblər. Qeyd olunub ki, kitab Türkiyə dilinə “Atabey Barış Bengü Yayınlar Evi” tərəfindən çevrilib. Belə ki, bu nəşriyyat evi türk dünyasının 100-dən çox əsərini Türkiyədə tanıdıb.
Daha sonra keçən ay dünyasını dəyişən Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu da ehtiramla yad edilib.
Tədbir bədii proqramla başa çatıb. Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədovanın ifasında musiqilər səsləndirilib. Nailə Əhmədova “Sizinxeber.az”a bildirib ki, tədbirdə ilk dəfə yeni aranjimanda ifa etdiyi “Ay Laçın” xalq mahnısı Kanadada yaşayan həmyerlimiz, aranjımançı Leyla Qasmova Quluzadənin əməyinin məhsuludur.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />