“8 mart” selfisi- Samir Cəfərov bayramı neftçi qadınlarla qeyd edib
Abşeronda fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil” və “AzGerNeft” şirkətlərinin rəhbərlikləri qadın əməkdaşlarına qeyri-adi hədiyyə edib.
Sizinxeber.az-nın xəbərinə görə, onlar sıralarında çalışan 700-ə yaxın neftçi qadın üçün Prezident İlham Əliyevin sərəncamı ilə bu il 140 illiyi qeyd edilən Üzeyir Hacıbəylinin xatirəsinə ithaf olaraq milli musiqi məktəbimizin bəstəkarlarının mahnılarından ibarət konsert təşkil ediblər.
Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında keçirilən “Mədən Gülləri” adlı bayram konsertində tanınmış tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov Azərbaycan bəstəkarlarının sevilən mahnılarını ifa edib.
Müslüm Maqomayevin bəstəsi olan “Azərbaycan” mahnısı ilə konsert proqramını bitirməmişdən əvvəl xalq artisti bildirib ki, milli-mənəvi dəyərlərimizi Zəfər qazanan gənclərimizə ötürən məhz Azərbaycan analarıdır. “Mən, hər birinizin qarşısında baş əyirəm” deyən Samir Cəfərov neftçi qadınların bayramından xatirə kimi onlarla selfie çəkdirib.
Oxşar xəbərlər
“Mədən Gülləri”: Abşeronun neftçi qadınlarına həsr edilmiş film hazırlanıb
Neftçi gənclər bayramlarını nəsillər arası təntənəyə çeviriblər
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı baş tutub
"Gəncədən Bakıya" layihəsi Emin Sabitoğluna həsr olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













