“Mədən Gülləri”: Abşeronun neftçi qadınlarına həsr edilmiş film hazırlanıb
Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri “Balakhani Operating Company LTD”, “Surakhani Oil” və “AzGerNeft” sıralarında çalışan 700-yə yaxın qadın əməkdaşlarının nailiyyətlərini vurğulamaq məqsədi ilə 8 mart, Beynəlxalq Qadınlar Gününə “Mədən Gülləri” adlı qısametrajlı film hazırlayıb.
Sizinxeber.az xəbər verir ki, film həyatlarının uzun illərini neft və qaz hasilatı sahəsinə həsr edən, müxtəlif vəzifələrdə çalışan doqquz qəhrəmanın qısa hekayəsi üzərində qurulub.
“Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev neftçi qadınları bayram münasibəti ilə təbrik edərək bildirib ki, hasilat şirkətlərində çalışan qadın əməkdaşlar öz varlıqları, zəhməti və uğurları ilə neftçi peşəsinin tək kişilər yox, qadınlara da aid olduqlarını hər gün sübut edirlər. Neftçi olmaqla yanaşı, onların hər biri, filmdən də göründüyü kimi, həmçinin ana, həyat yoldaşı, öz övladlarına gözəl nümunədir: “Hazırda bir qrup qadın əməkdaşımız çalışdıqları şirkət hesabına ali təhsillərini davam etdirirlər. Peşəkar inkişaf yolunda onları həmişə dəstəkləməyə hazırıq.”
“Mədən Gülləri” filmini aşağıda təqdim edirik:
Oxşar xəbərlər
Neftçi gənclər bayramlarını nəsillər arası təntənəyə çeviriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Aktyor” adlı bədii film çəkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-100” adı verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












