Bakıda "Mayot ölüm adası" sənədli filminin təqdimatı keçirilib - FOTO
Bakıda Fransanın müstəmləkə ərazilərindən biri olan Mayot adasının sakinlərinə yaşatdığı faciələrdən bəhs edən CBC televiziya kanalının ərsəyə gətirdiyi "Mayot ölüm adası" sənədli filminin təqdimatı keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, bu film adada baş verən faciəvi hadisələrdən bəhs edir.
O, həmçinin filmin ərsəyə gəlməsinə görə yaradıcı heyətə təşəkkür edib.
Filmin müəllifi, CBC TV-nin böyük redaktoru Gülzar Mustafayeva bildirib ki, Fransa özünün müstəmləkə siyasətinə haqq qazandırır:
"Bu film Fransa müstəmləkələrindən biri olan Mayot adasının əhalisinin yaşadıqlarından bəhs edir. Onlara öz dilində danışmaq belə qadağan edilib. Uzun illərdir, üzləşdiyi ədalətsizliyə son qoyan, ərazi bütövlüyünü bərpa edən Azərbaycan dünyada müstəmləkəçiliyə qarşı daim haqq səsini ucaldır. Biz istəyirik ki, müstəmləkə anlayışı, ümumiyyətlə, ləğv olunsun. Çünki müstəmləkəçilik çox eybəcər və iyrənc bir anlayışıdır. Bu filmi hazırlayarkən yerli əhali bizə danışırdı ki, Fransa öz maraqlarını qorumaq üçün müstəmləkə ərazilərinə öz sakinlərini göndərir. Bu da referendumların acı nəticələrindən biridir. Yerli əhali Qəmər adalarından olan qohumları ilə uzun illərdir ki, görüşə bilmirlər. Həmin ərazilərə qaçqın kimi gələnlər isə cinayətkar hesab olunur".
Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet bildirib ki, Mayot da digər müstəmləkələr kimi qeyri-qanuni şəkildə işğal olunub:
"Əsas məsələ ondan ibarətdir ki, hər bir dövlət qeyri-qanuni işğala son qoyulması uğrunda mübarizə aparmalıdır. Bu xüsusda Azərbaycan və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirirəm. Biz sabah Bakıda konfras keçirəcəyik. Orada əsas diqqət müstəmləkə uğrunda mübarizə üsullarını nəzərdən keçirmək olacaq".
Filmdə bildirilir ki, Mayot adasında yaşayanların 30 faizində heç bir sənəd yoxdur, üstəlik cinayətkarlığın tüğyan etdiyi bir vaxtda hakimiyyət əhalini təmkinli olmağa çağırır.
Çıxışlardan sonra ekran işinə baxış olub.
Oxşar xəbərlər
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hadrut, sən azadsan!" filmi təqdim edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












