Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

"Sizinxeber.az"un Naxçıvan bürosu xəbər verir ki, mədəniyyət, incəsənət nümayəndələrinin, ali, orta ixtisas məktəblərinin müəllim və tələbələrinin, yaradıcı birliklərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən, görkəmli bəstəkarın ad günündə Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdırıb.

H.Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu Öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən sonra dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada dahi bəstəkarın heykəli yenidən ucaldılıb, əsərləri illər sonra doğma yurdunda səslənib.

Bildirilib ki, Ulu Öndərin bütün sahələrdə uğurlu davamçısı olan Prezident İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəyli irsi bu gün də hörmətlə yaşadılır və təbliğ olunur. Nazir müavini əlamətdar gün münasibəti ilə mədəniyət, incəsənət nümayəndələrini təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Fikrət Əmirovun "Azərbaycan kapriççiosu” musiqisi ilə başlayan konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən parçalar, həmçinin görkəmli bəstəkarlardan Emin Sabitoğlunun, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin əsərləri ifa edilib. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Hakim Məmmədlinin dirijor olduğu musiqi şölənində əsərlər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Prezident mükafatçıları Nərmin Hüseynova, İlkin Abdullayev və İsrafil Qibləliyev tərəfindən təqdim olunub.

Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında "Zəfər himni” ilə sona çatıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !