Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim olunub

Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfər üçün oxu" layihəsi çərçivəsində hazırlanan klipin təqdimatı olub.

"Sizinxeber.az" xəbər verir ki, çəkilişləri azad edilmiş ərazilərdə baş tutan klipin təqdimat mərasimi "Nizami" Kino Mərkəzində" keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, qazilər, hərbçilər və vətəndaşlar iştirak edib.

Bildirilib ki, layihənin məqsədi vətən sevgisi, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir.

“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısı ərsəyə gətirilib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsusdur.

"Azərbaycan" mahnısını "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", o cümlədən "Vətən mübaribəsi istirakçısı" medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Murad Bayramlı, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cahangir Əliyev ifa edib.

FOTO: Vüqar Xanlarov

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !