Vətən müharibəsi qazisi: “Şuşada səs vermək qürurvericidir”
“Uzun illər arzum olub ki, doğulduğum Şuşa şəhərinə yenidən qayıdım və dövlətçiyimizin inkişafına öz töhfəmi verim.
Çox sevinirəm ki, bu gün Şuşa şəhərindəyəm və sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində səsvermə hüququmdan istifadə edəcəyəm”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən müharibəsi qazisi, “Cəsur” döyüşçü, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elvin Məmmədov deyib.
Vətən müharibəsi qazisi əlavə edib ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir:
“44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur hissi yaratmışdı. Bu gün növbədənkənar parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə keçiriləcəyi bizi qürurlandırır.
Mən Azərbaycan vətəndaşı olaraq Şuşa şəhərində yaradılmış seçki məntəqəsinə gedərək səs verəcəyim üçün çox xoşbəxtəm. Azad edilmiş ərazidə səs vermək qürurvericidir".
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi vəfat etdi
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"
Şəhid atası vəfat etdi
Mayor Fərid Ələkbərovun şəhadətə ucaldığı gündən üç il keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












