Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub


Azərbaycan ABŞ-nin Kaliforniya ştatının Mounten Vyu şəhərində multikulturalizm festivalında təmsil olunub.

"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, iyirmidən çox xalqın Silikon Vadisində yaşayan nümayəndələrinin qatıldığı festivalda ölkəmizi Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) üzvləri təmsil edib.

Ənənəvi olaraq iki ildən bir təşkil edilən festivalda Silikon Vadisində yaşayan xalqların mədəniyyətlərini yerli əhaliyə tanıdıb, müxtəlif icmalar haqqında yerli sakinlər məlumatlandırıblar.

Festivalda Azərbaycan nümayəndələri əl işləri, folklor və milli musiqiləri və mətbəxləri təmsil olunublar.

Azərbaycan festivalda ölkəmiz haqqında geniş məlumatların əks olunduğu, milli adət-ənələrimiz və zəngin mətbəximizin ləziz təamlarının nümayiş edildiyi böyük stenlə təmsil olunub.

Festivalda həmvətənlərimiz ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verib, milli geyimlərimiz, musiqimiz və mətbəximizin ləziz təamlarını nümayiş etdiriblər. Həmvətənlərimiz qonaqlara şəkərbura, paxlava bişirib, onlara ləziz Azərbaycan çayı təqdim ediblər. Milli geyimlərdə olan azərbaycanlı şagirdlər səhnədə "Ağçiçəyim", "Nəlbəki" və "Yallı" rəqslərini ifa ediblər. Azərbaycan rəqsləri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzi 40 ilə yaxındır fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqdakı soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir.

Oxşar xəbərlər

Yevlaxda görüş başladı
ARAF-ın baş katibi: "Əsas hədəfimiz 2028-ci ildəki Yay Olimpiya Oyunlarıdır"
Deputat: "Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi"
Arkadi Naydiçin FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərilməsinin səbəbi açıqlanıb
“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər