Laçında “Azərbaycan Atabəyləri” filmi nümayiş olunub
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərindəki “Lacinema” Kino Mərkəzində baş tutub.
"Sizinxeber.az"un Qarabağ bürosu xəbər verir ki, film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov isə bildirib ki, filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir. Həmçinin, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır: ”Film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır”.
Bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir.
Xalq artisti Mehriban Zəki filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb: “Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Hər birinizi bu gün münasibətilə təbrik edirəm”.
Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi olub. Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.
Oxşar xəbərlər
Laçında 33 illik fasilədən sonra film nümayişi baş tutacaq
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
