Laçında 33 illik fasilədən sonra film nümayişi baş tutacaq
Laçın şəhərində yenidən qurulan “Lacinema” kino mərkəzində 33 illik fasilədən sonra ilk film nümayiş olunacaq.
“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, tarixi faktlara əsaslanan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi fevralın 7-də saat 18:00-də baş tutacaq.
Filmin nümayişində əsas məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Oxşar xəbərlər
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
“Aktyor” adlı bədii film çəkilib
Bakıda “Bir Cumhuriyet Şarkısı” tarixi dramının nümayişi baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
