IV Azərbaycan Vokalçılar Festivalı başlayıb - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təqdimatında Azərbaycan Vokalçıları Festivalının açılışı baş tutub.
APA xəbər verir ki, artıq dördüncü dəfədir ki, baş tutan festival Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirilir. Festivalın ilk günü Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə "Bülbül irsi" adlı konsert proqramı və "Azərbaycan milli vokalı" adlı elmi seminar keçirilib. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Aleksandriya Sultan von Brüseldorff və Əməkdar artist Ramil Qasımov çıxış ediblər.
Həmçinin Bülbül Fondunda Bülbül Vokal Məktəbinin tələbələrindən ibarət konsert proqramı baş tutub. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi dekabr ayının 24-də baş tutacaq
Oxşar xəbərlər
IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalqın Mədəni Sərvəti" layihəsi dahi Bülbülə həsr olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalqın Mədəni Sərvəti" layihəsində Bülbül vokal məktəbinin konserti baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












